Detoks, reqenerasiya və cavanlaşma üçün ideal yer olan “Chenot Palace Gabala”-ya xoş gəlmisiniz. Qəbələ dağlarının həyrətamiz təbiəti və Nohur gölünün əsrarəngiz mənzərsi qoynunda yerləşən “Chenot Palace Gabala” otelimiz sizin gəncliyinizi mükəmmək harmoniyada qoruyub saxlamaq üçün mükəmməl bir yerdir.
Mülayim, yumşaq rənglərlə əhatələnmiş, rahat və cəlbedici dizayn olunmuş “Presidential Suite” 6 və 7-ci mərtəbələrdə yerləşməkdədir. O, daxili pilləkən və liftlə təchiz olunmuşdur. Burada hər bir detal qonaqları ən yüksək səviyyədə rahatlıq və konfidensiallıq ilə təmin etmək üçün diqqətlə seçilmişdir. 7-ci mərtəbədə şəxsi SPA, mətbəx və təhlükəsizlik otağı mövcuddur. Orada həmçinin kaminlə təchiz olunmuş əsas yataq otağı, şəxsi qaralama üçün geniş terras və istirahət güşəsi vardır.