Detoks, reqenerasiya və cavanlaşma üçün ideal yer olan “Chenot Palace Gabala”-ya xoş gəlmisiniz. Qəbələ dağlarının həyrətamiz təbiəti və Nohur gölünün əsrarəngiz mənzərsi qoynunda yerləşən “Chenot Palace Gabala” otelimiz sizin gəncliyinizi mükəmmək harmoniyada qoruyub saxlamaq üçün mükəmməl bir yerdir.
Üç ayrı yataq otağının, ayrıca istirahət zonasının, şəxsi buxar vannasının, masaj zonası olan saunasının, eləcə də şəxsi qarajının olması ilə rahatlığı və genişliyi özündə birləşdirən villalar otelimizin əvəzolunmaz hissəsidir. Otelimizin heyrətamiz parkının ətrafında yerləşən, kiçik gözəl gölə və füsunkar meşəyə mənzərəsi açılan villarımız terras və şəxsi hovuz (62 m2) ilə təmin olunmuşdur.