!-- Facebook Pixel Code -->
Tibbi Estetika Şöbəsi

Gözəllik və özgüvən

BRON ÜÇÜN

Müalicələr

Qabaqcıl estetik texnologiyalı: Üz və bədən müalicə prosedurları

Dərinin sağlamlığı

Dəri, üz, bədən və saçların canlandırılması üçün LED fototerapiya

Üz:

  • 150 AZN - 30' 
  • 290 AZN - 60'

Saç:

  • 150 AZN - 30'
  • 290 AZN - 60'
  • 370 AZN – 3 sessiya (hərəsi 30')
  • 750 AZN – 3 sessiya (hərəsi 60')

Prosedur hüceyrələrə enerji göndərərək dərinin vəziyyətinin yaxşılaşması, yaraların sağalması və saçların uzanmasını təmin etmək üçün xüsusi işıq dalğalarından istifadədən ibarətdir. LED-fototerapiya istənilən tibbi estetik müalicədən dərhal sonra tövsiyə olunur. Bu, bütün tibbi prosedurlar və müalicələrin nəticələrini gücləndirir. Şişkinliyi, qızartının intensivliyini və sağalma müddətini azaldır. Üz, bədən və saçlara çəkilən kosmetik məhsulların və maskaların təsirini artırır. Bu, bütün bədənin dəri sağlamlığı üçün lazımlı müalicədir.

Dərinin dərindən cavanlaşdırılması üçün Hydrafacial MD

  • 320 AZN - Hydrafacial ölü hüceyrələrin təmizlənməsi + Hialuron turşusu 
  • 320 AZN - Hialuron turşusu Hydrafacial + Peptidlər 
  • 420 AZN - Hialuron turşusu Hydrafacial + Peptidlər + Anti-piqmentasiya 
  • 530 AZN - Hydrafacial ölü hüceyrələrin təmizlənməsi + Hialuron turşusu + Peptidlər + Anti-piqmentasiya 

Üz dərisinə qulluq üçün aparılan dərinin bu çoxmərhələli təmizlənməsi proseduru zamanı qabıq çıxarılır, çirklər və ölü hüceyrələr təmizlənərək xaric edilir və dəri lazımi qidalandırıcılar, xüsusilə də antioksidantlar, peptidlər və hialuron turşusu vasitəsilə qidalandırılaraq qorunur. O, dərinin quruluşunu və kontur xətlərini yaxşılaşdırır. Müalicə vaxt itkisinə və ya qıcıqlanmaya səbəb olmadan, dərhal nəticə verir və uzunmüddətli faydalı təsir göstərir. Prosedur bütün növ dərilər üçün təhlükəsiz və tam ağrısızdır.

Dərini oksigenləşdirən və ona gənc parlaqlığı verən OxyGeneo proseduru

  • 190 AZN – Oxygeneo (20')
  • 580 AZN – 55 dəqiqəlik Oxygeneo + RF + Ultrasəs (55')
  • 370 AZN - RF + Ultrasəs

Bu müalicə daha hamar və cavan görünməsi üçün dərini oksigenləşdirmək məqsədini daşıyır. Həmçinin nəmin saxlanılmasını təmin edir, genişlənmiş məsamələri sıxlaşdırır və gözlərin ətrafındakı “şişkinliyi” yatırdır. Prosedur özündə mühüm canlandırıcı qidalandırıcıların tətbiqi ilə yumşaq qabıqvermə, dərinin təbii oksigenləşdirilməsi və dərinin dərindən cavanlaşdırılması proseslərini birləşdirir. Bütün dəri növləri üçün təhlükəsiz olan bu müalicə ağrısızdır və hər hansı qıcıqlanmaya səbəb olmadan həssas dəriyə tətbiq edilə bilər.

Tətbiq olunduğu nahiyələr: üz, boyun, dekolte və əllər

Dərinin dartılması və bədən cizgilərinin formalaşdırılması

SKINeo – Ultrasəs və elektroterapiya

  • 190 AZN – Üz və dekolte (30')
  • 190 AZN – Əllər (30')
  • 190 AZN – Yuxarı qollar (30')
  • 190 AZN – Sağrıların sellüliti (30')
  • 350 AZN - Bir nahiyə üçün 2 sessiya 
  • 490 AZN - Bir nahiyə üçün 3 sessiya 

SKINeo sistemi, üz və bədənin demək olar ki, bütün hissələrinin dərisini təbii yolla möhkəmləndirmək üçün aşağı intensivli pulsasiyalı ultrasəs və elektroterapiyanı birləşdirən qeyri-invaziv müalicəni təmin edir. Uğurlu və davamedici təsir etməsi üçün mühüm olan xüsusi təyinatlı məhsullar tətbiq olunur. Bədənin müxtəlif nahiyələri üçün, bu nahiyələrə anatomik yolla uyğunlaşdırılan və bütün müalicə nahiyəsində mütəmadi fəal efektlər yaradan müxtəlif aplikatorlar yerləşdirirlər. Dərinin möhkəmləndirilməsinə və toxumaların sıxlaşdırılmasına əlavə olaraq, sistem sellülit müalicəsi üçün də tövsiyyə olunur.           

Birgə tətbiq olunma yerləri:

  • 360 AZN – Əllər + budlar (30')
  • 360 AZN – Əllər + qarın boşluğu (30')
  • 360 AZN – Əllər + sağrılar (30')
  • 360 AZN – Əllər + qolların yuxarı hissəsi (30')
  • 650 AZN – 2 nahiyə üçün 2 müalicə seansı

INDIBA – Proion Sistemi

  • 360 AZN - Bir nahiyə üçün (60')
  • 640 AZN – Bir həftə üçün 2 müalicə paketi
  • 930 AZN – Bir həftə üçün 3 müalicə paketi 

INDIBA Dərin Qulluq – Proion Sistemi xüsusi monopolyar radiotezlikli dalğaları dəri hüceyrələrinə və daha dərin toxumalara ötürən qeyri-invaziv müalicə olub, istilik və ion mübadiləsinin təsiri altında yeni kollagenin və elastinin sintezini təmin edir. Sürətli və ağrısız olan müalicə elə ilk seansdan dərin toxumaların regenerasiyası kimi nəzərə çarpan nəticələr göstərir. INDIBA sistemi üz, qollar və ayaqlarda dərinin elastikliyinin artırılması və xüsusilə kiçik dəri cizgilərinin və qırışların azaldılması üçün idealdır. Bütün bədən forması korreksiyası və bel çevrəsinin azaldılması üzrə müalicələrlə birlikdə tətbiq olunur, belə ki, bu sistem kiçik məhdudlaşdırılmış piy qatından yerli yağın toplanmasını asanlaşdırır. Prosedur “portağal qabığı” və ya sellülitlə mübarizədə effektiv təsir göstərərək dəridə qırmızı zolaq izlərinin görünüşünü yaxşılaşdırır.

Tətbiq olunduğu nahiyələr: üz, çənə, qolların yuxarı hissəsi, budlar

TriLipo Legend

  • 360 AZN - Bir nahiyə üçün (30')
  • 640 AZN – Bir həftə üçün 2 müalicə seansı
  • 930 AZN – Bir həftə üçün 3 müalicə seansı

Qeyri-invaziv prosedur olan TriLipo sistemi bir tətbiqlə iki effektiv texnologiyanı təqdim edir:

1. Dəridə kollagenin və yağ toxumasının mobilizasiyasının qarşılıqlı əlaqəsini stimulyasiya edən Tripolyar Radiotezlikli dalğalar

2. Daha dərin əzələlərin daralmasını və gücləndirilmiş limfodrenajı stimulyasiya edən TriLipo Dinamik Əzələ Fəallaşdırması

Bu texnologiyaların kombinasiyası cüzi narahatlıqla dərinin effektiv dartılmasını, üz dərisinin və bədən konturlarının liftinqini təmin edir.

Tətbiq olunduğu nahiyələr: üz, çənə, qol, qarın boşluğu, yanlar, sağrılar, “banana roll” nahiyəsi, ayağın iç hissəsi, ayağın arxa hissəsi.

Birgə tətbiqolunma yerləri:

  • 690 AZN – Üz və çənə (60')
  • 690 AZN – Qarın boşluğu və yan tərəflər (60')
  • 690 AZN – Sağrılar və sağrı-altı nahiyyələrin sellülitin müalicəsi (60')
  • 690 AZN – Aşağı ətraf bütünlüklə (60')
  • 1290 AZN – Hər həftə üçün 2 müalicə seansı

Storz Cellactor SC1 – Akustik dalğalar

  • 410 AZN - 1 nahiyə üzrə (30')
  • 770 AZN - 2 nahiyə üzrə (60')
  • 730 AZN – 1 nahiyə üzrə 2 sessiya müalicə seansı
  • 1040 AZN – 1 nahiyə üzrə 3 sessiya müalicə seansı
  • 1380 AZN – 2 nahiyə üzrə 2 sessiya müalicə seansı
  • 1950 AZN – 2 nahiyə üzrə 3 sessiya müalicə seansı

Cellactor SC1 Akustik Dalğa Terapiyası (ADT) olub, qeyri-invazivdir. Bu müalicə zamanı sellülitin meydana çıxmasını, eləcə də birləşdirici toxumanın elastikliyini və möhkəmliyini artırmaq üçün akustik dalğalardan istifadə olunur. Buna qısa, yüksək enerjili defokuslaşdırılmış dalğaları uzun, alçaq enerjili radial dalğalar ilə birləşdirməklə nail olunur. Bu birləşmə dərin və səthi nahiyələrə təsir etməyə imkan verir. Nəticəni optimallaşdırmaq məqsədilə əzələ toxuması quruluşlarını və limfa sistemini oyatmaq üçün iri nahiyələrdə vibrasiya pulslarının üçüncü tətbiqi həyata keçirilir.

Tətbiq olunduğu nahiyələr: qollar, sağrılar və omba.

Lazer lipoliz proseduru

  • 360 AZN – Qollar (15')
  • 360 AZN – Qarınboşluğu (15')
  • 360 AZN – Kürək (15')
  • 360 AZN – Sağrılar (15')
  • 360 AZN – Omba (15')
  • 650 AZN - Bir nahiyə ücün 2 müalicə sessiyası
  • 930 AZN - Bir nahiyə ücün 3 müalicə sessiyası
  • 1300 AZN - İki nahiyə ücün 2 sessiya
  • 1840 AZN - İki nahiyə ücün 3 sessiya 

Lazer lipoliz qeyri-invaziv, Aşağı Səviyyəli Lazer Terapiyası (ASLT) olub, xüsusilə pəhriz və idman məşqlərinə qarşı davamlı olan nahiyələrdə piyin azaldılması üçündür. Lazer yastıqları dərinin üzərində yerləşdirildikdən sonra soyuq qırmızı lazer şüaları dəridən keçərək, piy qatlarına çatmaq üçün tam dərinliyə nüfuz edir. Bu proses dəri, qan damarları və ya sinirlər kimi qonşu strukturlara zərər vermir. Lazer enerjisi piy hüceyrələrinə çatdığı zaman hadisələrin sürətli zənciri baş verir və hüceyrələrin tərkibini korlamadan piyin çıxarılmasına səbəb olur. Daha sonra limfa sistemi piyi yağlı qidaların həzm olunduğu qaydada xaric edir. Prosedur sürətlidir, çox təsirlidir və cərrahi üsulların yaratdığı qanaxma, şişkinlik və ya digər toxumaların zədələnməsi kimi fəsadlardan azad etməklə yanaşı, tamamilə ağrısızdır və reabilitasiyaya ehtiyac yoxdur. Bədən formasının korreksiyası və bel çevrəsinin azaldılması üzrə müalicələrlə, eləcə də “Şeno” üsulu ilə pəhriz proqramı ilə birlikdə həyata keçirilir.

Tətbiq olunduğu nahiyələr: qollarda lipoliz (yağların parçalanması), qarın boşluğu, yanlar, kürək, sağrılar, ombalar.

Io S21 - Elektrostimulyasiya

  • 190 AZN – Qollar və qarın boşluğu (30')
  • 190 AZN – Qarın və budlar (30')
  • 190 AZN – Omba və ayaqların arxa hissəsi (30')
  • 350 AZN – 2 müalicə seansı (30')
  • 490 AZN – 3 müalicə seansı (30')
  • 750 AZN – 5 müalicə seansı (30')

lo S21 sistemi liftinq effekti ilə bədən şəklini yenidən formalaşdıraraq dərin əzələ tonusunu təmin etmək üçün elektrik impulslarından istifadə edir. Elektrik impulslarının mükəmməl qarşılıqlı təsiri həmçinin maye qalığı, şişkinlik, sellülit və yağ turşularının aradan qaldırılmasına yardım edən limfodrenajı asanlaşdırır.

Lymphastim

  • 190 AZN - 1 sessiya
  • 350 AZN - 2 sessiya
  • 490 AZN - 3 sessiya
  • 750 AZN - 5 sessiya

Bu prosedur orqanizmin təbii bərpa prosesini sürətləndirir, sellülitin görünüşünü yaxşılaşdırır, arıqlamağa kömək edir, toksinləri xaric edir, maddələr mübadiləsini sürətləndirir, bədəni tonuslaşdırır, enerjini bərpa edir, iltihabi prosesləri azaldır.